Türkiyə hərbçiləri İraq və Suriyada 22 terrorçu zərərsizləşdirdibackend

Türkiyə hərbçiləri İraq və Suriyada 22 terrorçu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi antiterror əməliyyatlarında 22 terrorçu zərərsizləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, terrorçuların 10 İraqın, 12-si isə Suriyanın şimalında zərərsizləşdirilib.

Xatırladaq ki, noyabrın 25-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya və İraqın şimalında keçirilən “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində indiyədək 326 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*