“Türkiyə ictimai-siyasi həyatında azərbaycanlıların rolu böyük olub”.
KONKRET.az xəbər verir ki, bunu politoloq Ramiyyə Məmmədova “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş Azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatında deyib.
O kitabın ərsəyə gəlməsində görülən işlərdən danışıb:
“Kitab barədə araşdırmalar edərkən müxtəlif görüşlər keçirdik. Azərbaycanəsilli ailələrdən müsahibələr adıq. Türkiyədə fərqli mənzərə gördük. Bu sahədə də orada görüləcək işlər çoxdur. Birinci lobbiçilik fəaliyyətindən başlamaq lazımdır. Türkiyə ictimai-siyasi həyatında azərbaycanlıların rolu böyük olub. Qadınların təhsil almasında tutmuş digər məsələlərə qədər. Əhməd bəy Ağoğlunun qızına görə orada hüquq fakultəsi açılıb. Bunların hər biri araşdırma mövzusudur”.
Məlik Məlikov,
KONKRET.az