Türkiyə ilə İsrail arasında normallaşma prosesi davam edir. İki ölkə arasında 71 ildən sonra aviasiya müqaviləsi imzalanacaq.
KONKRET.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu, 1951-ci ildən bəri imzalanan ilk aviasiya müqaviləsi olacaq.
Beləliklə, İsrail hava yolları şirkətlərinin Türkiyəyə uçuşları yenidən başlayacaq.
Qeyd edək ki, bu yaxınlarda Türkiyə və İsrail nümayəndə heyətləri hava nəqliyyatı məsələlərini müzakirə etmək üçün görüşüb. İclasda İsrail hava yolu şirkətlərinin Türkiyəyə uçuşların bərpası tələbləri müzakirə edilib.
Görüş zamanı imzalanacaq yeni aviasiya müqaviləsi ilə hava əlaqələrinin genişləndirilməsi qərara alınıb.
Razılaşmaya əsasən, Türkiyə və İsrail hava yolları şirkətləri qarşılıqlı uçuşları bərpa edəcək.
İqbal Rzayev,
KONKRET.az
