“Vyanadakı görüşdə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, həmçinin sərhədlərin açılması məsələlərinin müzakirəsini gözləyirik”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan söyləyib.
Onun sözlərinə görə, Antalyada keçiriləcək forumda iştirak məsələsi daha çox İrəvan və Ankaranın xüsusi nümayəndələrinin Vyanada apardıqları danışıqların nəticəsindən asılıdır./report/
