Türkiyə limanında böyük narkotik əməliyyatı: Gəmidən 350 kq kokain çıxdıbackend

Türkiyə limanında böyük narkotik əməliyyatı: Gəmidən 350 kq kokain çıxdı

Türkiyənin Mersin limanında Cənubi Amerikadan gələn yük gəmisində 350 kq kokain aşkar edilib.

KONKRET.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, əməliyyat Türkiyə Baş Təhlükəsizlik İdarəsinin Narkotiklə Mübarizə İdarəsinin koordinasiyası ilə İstanbul və Mersin polisinin müvafiq qurumlarının iştirakı ilə keçirilib.

Gəmidə aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ümumi çəkisi təxminən 350 kq olan 12 böyük paketdə kokain aşkar ediblər.

Bundan əlavə, dalğıc avadanlıqları və sualtı skuter ləvazimatları müsadirə olunub.

Faktla bağlı doqquz şübhəli şəxs barəsində araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*