Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilmiş “Mustafa Kamal Atatürk Təlimi”ndən görüntülər paylaşıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bununla bağlı Nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib:
Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə keçirilib.
