Türkiyə NATO-dan çıxa biləcəyini AÇIQLADIbackend

Türkiyə NATO-dan çıxa biləcəyini AÇIQLADI

Türkiyə NATO-dan çıxa biləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb. Nəşr bildirir ki, hazırda Türkiyənin NATO-ya üzvlüyündən heç bir rəqabət üstünlüyü yoxdur.

“Türkiyə hakimiyyəti NATO-dan yorulub”, – “Cümhuriyyət” yazıb.

Nəşrin yazdığına görə, Türkiyə tərəfinin hərbi-siyasi blokun tərkibində yeganə üstünlüyü alyansın tərkibində müxalif qüvvələrin formalaşdırılması imkanlarıdır.

Bundan əlavə, məqalə müəllifləri Türkiyənin yaxın gələcəkdə NATO və Aİ üzvləri ilə bütün əlaqələri kəsməli olduğunu vurğulayıblar.

Qəzet onu da əlavə edib ki, Türkiyənin gələcəkdə Şimali Atlantika Alyansından mümkün çıxması təkcə Rusiya və İranla deyil, həm də ŞƏT və BRİKS ölkələri ilə strateji tərəfdaşlığa keçid demək olacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə NATO-nun alyansa daxil olması ilə bağlı Finlandiya və İsveçlə təklif olunan danışıqlardan imtina edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*