“Türkiyə NATO-dan çıxmayacaq” – Ərdoğanın sözçüsübackend

"Türkiyə NATO-dan çıxmayacaq" - Ərdoğanın sözçüsü

Türkiyə NATO-dan çıxmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyə mətbuatına müsahibəsində deyib. O bildirib ki, Türkiyə NATO-dan çıxmağı düşünmür.

“Hər seçkidə belə şeylərlə qarşılaşırıq (Türkiyənin NATO-dan çıxarılması çağırışları). Bunlar bizim narahat olacağımız şeylər deyil. Türkiyənin NATO-dan çıxarılması zərurətindən danışanların sözləri əsassızdır. Bundan söhbət gedə bilməz. Biz NATO-nun qurucu ölkələrindən biriyik. Onların bu barədə danışmağa haqqı yoxdur”, – deyə Çelik bildirib.

Qeyd edək ki, çərşənbə günü Türkiyənin “Vətən” Partiyasının sədr müavini Ethem Sancak bildirib ki, Türkiyə Ankaraya qarşı təxribat xarakterli hərəkətlərə görə 5-6 ay ərzində NATO-dan çıxa bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*