Türkiyə Ordusu 9 PKK terrorçusunu zərərsizləşdirib.
KONKRET.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumatda bildirilib ki, İraqın şimalında keçirilən əməliyyatlar zamanı “Sülh Çeşməsi” bölgəsində 8, “Fərat Qalxanı” bölgəsində isə 1 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən məhv edilib.
