Türkiyə ordusu İraqın şimalında “Pəncə Şimşək” əməliyyatı bölgəsində 4 PKK terrorçusunu məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Məhmətçiklərin nəfəsi terrorçuların ənsəsindədir. 4 PKK terrorçusu zərərsizləşdirilib”, – açıqlamada bildirilib.
