Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəldibackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəldi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

KONKRET.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, daha əvvəl dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*