“Türkiyə Prezidenti Şuşaya səfər edəcək” – AÇIQLAMAbackend

"Türkiyə Prezidenti Şuşaya səfər edəcək" - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Şuşaya səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini vurğulayan Türkiyə dövlət başçısı səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması başda Ermənistan olmaqla, regiondakı bütün tərəflərə yeni şans verib.

Xatırladaq ki, Ərdoğan iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək AVRO-2020-nin Türkiyə-Uels matçını izləyəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*