Ərdoğanın köməkçisi Fuat Oktay və prezidentin müşaviri Hümeyra Şahin evlənir.
KONKRET.az Türkiyə mediasına istinadla xəbər verir ki, vitse-prezident Fuat Oktay ilə Prezidentin Mədəniyyət və İncəsənət Siyasəti İdarə Heyətinin üzvü və Prezidentin müşaviri Hümeyra Şahin həyatlarını birləşdirəcək.
Əldə edilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın nişan üzüklərini taxan cütlük yaxın günlərdə toy edəcək.
![]()
Xuraman Etibarlı,
KONKRET.az
