backend

“Türkiyə Rusiyanı şoka saldı” – Qarabağ ətrafında sensasion gəlişmə

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krımı Rusiyanın bir hissəsi kimi tanımaqdan imtina etdiyini açıqladı. Bu, yeni bir şey deyil. Yeni olanı Ərdoğanın Moskvanın təsir dairəsində olan arenaya daxil olmasıdır. Bu, Ankaranın açıqlamlarını daha həyəcanverici edir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qəzeti yazıb.

Rus nəşri Türkiyə liderinin Krımı Rusiya ərazisi saymadığını vurğulayıb:

“Ərdoğana görə, Rusiya 1783-cü ildə Krımı ədalətsiz şəkildə Osmanlı İmperiyasından alıb, bu torpaq müasir Türkiyəyə qaytarılmalıdır. Türkiyə keçmiş sovet ərazilərinin bir çoxunda mövqelərini gücləndirib. Türkiyənin dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq səyləri Moskvanı şoka salıb.

Bu gün Cənubi Qafqazda hamı Rusiyaya qəzəblidir. Bu, 1990-cı illərdən bəri Gürcüstanda belədir, hələ də sona çatmır. Azərbaycanlılar isə Moskvanın həqiqətən İrəvanı dəstəklədiyini düşünürlər. Hansı tərəfə baxsanız, Ərdoğan üstün vəziyyətdədir. Ermənistanla yaxşı münasibətlərə ehtiyacı da yoxdur. Türkiyənin siyasi fəallığı yalnız bu bölgə ilə məhdudlaşmır. Ərdoğan Orta Asiyada da çox fəaldır”.

“Nezavisimaya Qazeta” Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etdiyini, bunun Kiyevin Ankara ilə hərbi sahədə dərin inteqrasiyaya hazır olduğunu göstərdiyini yazıb: “Ukrayna liderinin mətbuat ofisinə görə, iki ölkə keçən cümə yüksək texnologiyalı silah istehsalı sahəsində işbirliyinə imkan verən müqavilələr imzaladı”.

teleqraf.com

  • İbrahim
    Oktyabr 26, 2020 - 00:28

    Faşist və terrorist ermənistan dövləti ləğv
    olunmalıdır. ABŞ fransa iran və rusiya ermənistana hərbi köməklik göstərir. Dünyada bütün münaqişələri yaradan elə bu dövlətlərdir. İndiyə qədər ermənistanın danışıqları pozması BMT qərarlarını saymaması ABŞ fransa rusiya və irana arxayın olmasıdır.Dunyada nə qədər ki ikili standartlar mövcuddur nə qədər ki erməni lobbisi böyük dövlətlərin siyasi dairələrinə nüfuz edib hər zaman haqsızlıq olacaq və ermənilər böyük xəyallarla yaşıyacaqlar.
    ermənistanı Azərbaycan torpaqlarında kim yaratdı Rusiya! Xocalı soyqırımını kim törətdi ermənilər! Asala terror təşkilatını kim yaratdı ermənilər!
    PKK -nı kim yaratdı Rusiya! Kırımı kim işğal etdi Rusiya! Abxaziya və cənubi osetiyanı kim işğal etdi Rusiya! Moldovada dnestryanı bölgəni kim işğal etdi Rusiya! Əlcəzairdə və Ruandada kim soyqırım törətdi Fransa!
    Dünyadakı bütün münaqişələrdə kimin barmağı var ABŞ-ın . Suriyanı kim xarabalığa çevirdi ABŞ və Rusiya!
    Dünyada Türk xalqından və dövlətindən ədalətlisi yoxdur! Türklər hər zaman haqsızlığa qarşı mübarizə aparıblar! Artıq dünya bunları başa düşməlidir və bunlara dur deməlidir.
    Yaşasın Azərbaycan xalqı və Prezidenti!
    Yaşasın Türkiyə Azərbaycan dostluğu
    Qarabağ Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*