Türkiyənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Türkiyədən İsrailə tankerlərin göndərilməsi ilə bağlı xəbərləri təkzib edib.
KONKRET.az xəbər verir ki, məlumatda deyilir: “Türkiyədən kimyəvi yüklə dolu çənlərin İsrailin Hayfa limanına keçməsi iddiası doğru deyil”. Bundan əlavə, tankerlərin Belçikadan Türkiyəyə gəldiyi, Yalova limanında boşaldılandan sonra boş yola çıxdıqları vurğulanıb.
Vəli Həsənoğlu,
KONKRET.az