“Ukrayna taxıl daşınmasına hazırdır”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O, taxıl yükləyən ilk ixrac gəmisində yoxlama aparmaq üçün Ukrayna limanına səfər edib.
Zelenski burada “Biz Türkiyə və Birləşmiş Millətlər Təşkilatından (BMT) daşınmaya başlamaq üçün siqnal gözləyirik” deyə bildirib.
