Türkiyə və Rusiya XİN başçıları Ukraynanı MÜZAKİRƏ ETDİLƏRbackend

Türkiyə və Rusiya XİN başçıları Ukraynanı MÜZAKİRƏ ETDİLƏR

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasındaki gərginliyə dair son yeniliklər müzakirə olunub.

M.Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında keçiriləcək iclaslara ev sahibliyi edə biləcəyini vurğulayıb.

S.Lavrov isə öz növbəsində türkiyəli həmkarına təşəkkürünü bildirərək, 11-13 mart tarixlərində Antalyada keçiriləcək Antalya Diplomatik Forumuna qatılacağını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*