Türkiyə və Yunanıstan arasında GƏRGİNLİK – 1 YARALI VARbackend

Türkiyə və Yunanıstan arasında GƏRGİNLİK - 1 YARALI VAR

Yunanıstan Egey dənizində Türkiyənin iki balıqçı qayığına hücum edib.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Saqqız adası və İzmirin Qaraburun rayonu arasında baş verib.

Məlumata görə, Yunanıstan qüvvələrinin türkiyəlilərə açdığı atəş nəticəsində 1 nəfər yaralanıb.

“Yunanıstan qüvvələrinin müdafiəsiz balıqçılara atəş açması qəbuledilməzdir, insanlıq cinayətidir”, – Sahil Mühafizəsi Komandanlığının məlumatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*