Türkiyə XİN Almaniyada öldürülən vətəndaşlarla bağlı bəyanat yaydıbackend

Türkiyə XİN Almaniyada öldürülən vətəndaşlarla bağlı bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyanın Hanau şəhərində baş verən terror hadisəsi qurbanlarının ailələrinə, ilk növbədə 5 Türkiyə vətəndaşına başsağlığı verib.

“Hanau şəhərində dünənki vəhşi hücum artan irqçilik və islamofobiyanın yeni və ciddi təzahürüdür. Ölənlərin ailələrinə, xüsusən vətəndaşlarımıza başsağlığı veririk və yaralıların tez bir zamanda sağalmasını diləyirik”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, Avropada böyüməkdə olan ksenofobiya ilə mübarizəyə laqeydlik hər gün daha çox belə hücumlara səbəb olur: “Bu hücumlara “Dur!” deməyin vaxtı gəldi. Bu hücumların dayandırılmasını tələb etməyin vaxtı gəldi. Əks təqdirdə, irqçilik və ksenofobiya ciddi şəkil ala bilər və daha ciddi bir miqyasa çatar”

Türkiyə Xarici İşlər Nazirliyi bütün Avropa ölkələrini “irqçilik və ksenofobiyaya qarşı birləşməyə və bir səslə danışmağa” çağırıb.

Qeyd edək ki, Almaniyanın mərkəzindəki Hesse federal əyalətindəki Hanau şəhərindəki iki qəlyan və bir bukmeyker ofisinə hücum edilib. Son məlumatlara görə, doqquz nəfər ölüb, daha dörd nəfər yaralanıb. Daha sonra şübhəli bilinən cinayətkar evində ölü tapılıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer də hadisəni “terror zorakılığı” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*