Türkiyənin Adana şəhərində avtobus qəzası olub.
KONKRET.az “Habertürk”ə istinadən xəbər verir ki, Kozan rayonunda baş verən qəza nəticəsində 23 nəfər yaralanıb.
Belə ki, sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtobus 7 metr yüksəklikdən dərəyə aşıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

