Türkiyədə bu şəxslərin sosial mediaya girişi qadağan edilirbackend

Türkiyədə bu şəxslərin sosial mediaya girişi qadağan edilir

Türkiyədə 13 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq üçün araşdırma başlanılıb.

KONKRET.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Uşaq Hüquqları Komissiyası da məsələ üzərində işləyir. Dünyada nümunəvi olan təcrübələrə görə, 13 yaşından kiçik uşaqlar valideynlərinin icazəsi ilə telefondan istifadə edə bilər və ya yalnız günün müəyyən saatlarında telefondan istifadə etməyə icazə verilir. Bəzi sosial media platformaları da bu yaşda olan uşaqların girişini qadağan edir.

Türkiyə də sosial media platformalarında uşaqları təhlükələrdən qorumaq üçün həll yolları axtarır.

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTQ) 13 yaşından kiçik uşaqların sosial media proqramlarına və sosial şəbəkələrə daxil olmasını qadağan etmək üçün araşdırma başlayıb.

16 yaşından kiçik uşaqlar artıq qanuna salınmaq üzərədir.

Bəs dünyada nümunələr necədir?

– Çində 16 yaşından kiçik uşaqların valideynlərinin icazəsi ilə sosial media hesabı açması tələb olunur. Çində saat 22.00-dan 06.00-a qədər mobil cihazlara və internetə giriş də qadağandır.

– ABŞ-ın bəzi ştatlarında 14 yaşından kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun təsdiqlənib. 2025-ci ildən qanun qüvvədə olacaq.

– Fransada 15 yaşdan aşağı olanlar sosial şəbəkələrə daxil olmaq üçün valideyn icazəsi tələb edir.

– Cənubi Koreyada 16 yaşından kiçik uşaqlar üçün gecə saat 24.00-dan 06.00-a qədər onlayn oyun oynamaq qadağandır.

– Böyük Britaniyada yaşı 13-dən aşağı olan insanlar onlayn platformalarda hesab açmaqla məhdudlaşır.

– Rusiyada yaşı 13-dən aşağı olan insanlar onlayn platformalarda hesab açmaqla məhdudlaşır.

– İtaliyada 14 yaşından kiçik şəxslərin mobil telefona sahib olması, 16 yaşından kiçiklərin isə sosial şəbəkələrdə profil açması qadağandır.

– Avstraliyada 14 yaşdan kiçik insanlar üçün sosial media qadağası var. Qadağaya əməl etməyənlərə qarşı ciddi cəzalar və sanksiyalar tətbiq olunur.

– Yunanıstanda uşaqların sosial mediadan istifadəsi ilə bağlı araşdırma aparılır.

– İrlandiyada yaşı 16-dan aşağı olanların smartfonlardan istifadəsinə tam qadağa qoyulması müzakirə olunur.//Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*