Türkiyədə daha 75 nəfər koronavirusdan öldübackend

Türkiyədə daha 75 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 75 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1958 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9371, virusa yoluxanlar isə 349 min 519 nəfərə çatıb.

Türkiyədə indiyədək 305 min 427 pasiyent (son sutkada 1424 nəfər) sağalaraq evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*