Türkiyədə əməliyyat: 105 nəfər saxlanıldıbackend

Türkiyədə əməliyyat: 105 nəfər saxlanıldı

Türkiyə polisi İŞİD terror qruplaşmasının fəaliyyətində şübhəli bilinən 105 nəfəri saxlayıb.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.

“23 əyalətdə keçirilən əməliyyatlar nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 105 nəfər saxlanılıb”, – o bildirib.

Reydlər Ankara və İstanbul da daxil olmaqla, regional təhlükəsizlik idarələrinin bölmələri tərəfindən həyata keçirilib. Saxlanılanlar xüsusilə terror qruplaşmasını maliyyələşdirməkdə və sosial şəbəkələrdə təbliğatda şübhəli bilinirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*