Türkiyədə ən çox satılan avtomobil markaları açıqlandı – SİYAHIbackend

Türkiyədə ən çox satılan avtomobil markaları açıqlandı - SİYAHI

Türkiyədə 2024-cü ilin ilk 3 ayında ən çox satılan avtomobil markaları açıqlanıb.

KONKRET.az xəbər verir ki, Avtomobil Distribyutorları və Mobility Dərnəyi hər ayın ilk həftəsində bir əvvəlki ayın məlumatlarını dərc edir.

Türkiyədə 2023-cü ilin ortalarından avtomobil bazarında dəyişən dinamika, kredit şərtləri və faiz dərəcələri ilə ikinci əl bazarında əhəmiyyətli bir yavaşlama müşahidə edilib. Bununla belə, yeni avtomobil bazarında ikinci əl bazarında olduğu qədər yavaşlama olmayıb.

Belə ki, fevral ayında son 10 ilin satış rekordu qırılıb. Mart ayında rekord qıran satış göstəricisi müşahidə olunmasa da, istehlakçıların yeni avtomobillərə tələbatında azalma müşahidə olunmayıb.

Mart ayında ən çox satılan avtomobil markalarına baxdığımızda Renault birinci yerdədir. Xüsusilə yeni Clio, Austral və Megane E-Tech kimi modelləri ilə ciddi bir yüksəliş yaşayan Fransız markası keçən il zirvədə olan Fiat-ı geridə qoyub.

Keçən il birinci yerdə olan Fiat satışlardan razı deyil. Fiat yayın gəlişi və kredit faizləri kimi faktorlardan istifadə edərək satışları artırmaq niyyətindədir.

Siyahıda üçüncü yerdə Türkiyədə ‘ya sevilən, ya da nifrət edilən’ markadır. “Chery” ən çox satılan avtomobillər siyahısında üçüncü yeri tutur. Çox güman ki, satışları artan Chery siyahıya başçılıq edəcək.

Ən çox satılan avtomobil markalarının tam siyahısı belədir:

1.Renault: 32 min 24

2.Fiat: 23 min 892

3.Chery: 15 min 467

4.Toyota: 14 min 337

5.Peugeot: 12 min 980

6.Hyundai: 12 min 959

7.Citroen: 12 min 602

8.Volkswagen: 12 min 329

9.Opel: 11 min 229

10.Dacia: 10 min 899

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*