Türkiyədə erməni kilsəsi bərpa ediləcəkbackend

Türkiyədə erməni kilsəsi bərpa ediləcək

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, 2023-cü ilin fevralında baş vermiş güclü zəlzələdə zədələnmiş erməni kilsəsinin bərpasına dəstək göstərəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İstanbul Erməni Patriarxı, arxiyepiskop Saak Maşalyan Milad bayramı münasibətilə təşkil olunmuş qəbul zamanı məlumat verib.

XIX əsrin sonlarında inşa edilmiş və Hatay vilayətinin İsgəndərun rayonunda yerləşən kilsə, Türkiyə–Suriya sərhədində baş vermiş 7,8 bal gücündə zəlzələdən zərər görüb.

Kilsənin bərpası məsələsi patriarx Maşalyan tərəfindən 2025-ci ilin dekabrında Ankaraya səfəri zamanı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə müzakirə edilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*