Türkiyədə komendant saatı tətbiq edildibackend

Türkiyədə komendant saatı tətbiq edildi

Türkiyənin 31 şəhərində 2 gün küçəyə çıxma qadağası qoyulub.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirlib ki, 10.04.2020 tarixi gecə saat 00:00-dan və 12.04.2020 tarixi gecə saat 00:00-dək böyük şəhər statusunda olan – Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van vilayətləri və tənəffüs yolları xəstəliklərinin çox yayıldığı Zonquldak şəhərində bütün əhalinin küçəyə çıxması qanunla qadağan olunub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*