Türkiyədə daha 107 nəfər pandemiyanın qurbanı olub.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 403 nəfərə çatıb.
“Bu gün 33 070 test keçirilib, 4 062 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. Bu gün daha 842 pasiyent sağaldı, ümumi say 4 799 nəfərdir”, – nazir deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 968 000-i ötüb. Bunların 464 456 nəfəri sağalıb, 123 783 nəfəri isə ölüb.
