Türkiyədə kütləvi dava zamanı bir neçə azərbaycanlı yaralandı – VİDEObackend

Türkiyədə kütləvi dava zamanı bir neçə azərbaycanlı yaralandı - VİDEO

Türkiyədə baş verən kütləvi dava zamanı bir neçə azərbaycanlı xəsarət alıb.

Bu barədə KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sarıyer rayonundakı kafedə silahlı dava olub. Qarşıdurma zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 5 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*