Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb – FOTObackend

Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb - FOTO

Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə kanalın özü xəbər yayıb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. Sonra onlarla əlaqə kəsilib.

Moskva vaxtı ilə saat 21:00-da Aleksey Petruşko qısa bir SMS göndərməyə imkan tapıb.

“Nə səbəbdənsə bizi hələ də saxlayırlar”, – deyə ismarıcda bildirilib.

Bundan sonra yenidən onlarla əlaqə yaratmaq mümkün olmayıb; nə zənglərə, nə də mesajlara cavab verilib.

“NTV televiziya şirkəti, vəziyyəti aydınlaşdırmaq üçün Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu ilə sıx təmasdadır”, – deyə kanaldan bildirilib.

❗ 3 декабря в Стамбуле перестали выходить на связь журналисты программы НТВ “Центральное телевидение” Алексей Петрушко и…

Posted by Russian Foreign Ministry – МИД России on 4 dekabr 2020, Cümə

Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb -FOTO

unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*