Ərdoğan yenidən Türkiyə Prezidenti SEÇİLDİbackend

Ərdoğan yenidən Türkiyə Prezidenti SEÇİLDİ

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, o, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.

Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

***

22:12

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, artıq seçki bülletenlərinin 99,17 faizi sayılıb.

Prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan – 52,08%

Kamal Kılıçdaroğlu – 47,92%

***

20:52

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səslərin 97,12%-i hesablanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat verib.

▪️ Rəcəb Tayyib Ərdoğan – 52,21%

▪️ Kemal Kılıçdaroğlu – 47,79%

Bildirək ki, Türkiyə Ali Seçki Şurasının rəhbəri prezident Ərdoğanın 54,5 faiz səslə prezidentlik yarışına liderlik etdiyini açıqlayıb.

Rəsmi nəticələrə görə, bülletenlərin 54,6 faizinin hesablandığını bildirib.

***

20:48

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 96,01%-i hesablanıb: 

KONKRET.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan – 52,28% (26,196,045 səs), Kemal Kılıçdaroğlu – 47,75% (23 939 474 səs) səs toplayıb.

***

20:23

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

KONKRET.az xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

***

20:01

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

KONKRET.az xəbər verir ki, hazırda sandıqların 82,64 faizi açılıb.

İlkin nəticələrə görə, “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 53,41 faizini toplayıb.

“Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 46,59 faiz səslə ikincidir.

Qeyd edək ki, hazırda Ərdoğanla Kılıçdaroğlu arasında 3 milyona yaxın səs fərqi var.

***

19:01

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri xəbər verir.

Belə ki, səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*