Türkiyənin Antalya şəhərində naməlum silahlı şəxs bank müdirini girov götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb .
Nəşrin məlumatına görə, hadisə Kepez şəhər ərazisində baş verib:
“Hadisə yerinə gələn polis qrupları bank filialının qarşısında ehtiyat tədbirlərinə riayət etməklə işə başlayıblar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat keçirməyə hazırlaşır”.//Unikal
