Türkiyədə toy mərasimi zamanı baş verən kütləvi davada onlarla insan xəsarət alıb.
Bu barədə KONKRET.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə Sakaryada, Erenlerdə baş verib.
Belə ki, nişanda zinət əşyalarına görə başlayan, sosial şəbəkədə davam edən müzakirələr toyda kütləvi dava və 24 nəfərin xəsarət alması ilə nəticələnib. Məlumata görə, kütləvi davaya mərasim iştirakçılarından birinin toyun sonlarına doğru zalın ortasında stulu yerə çırpması səbəb olub. Bundan sonra onlarla insan arasında qarşıdurma baş verib. Onlar dava zamanı müxtəlif əşyalardan istifadə ediblər.
Hadisə ilə əlaqədar 1 nəfər saxlanılıb, 40-a yaxın şəxsin ifadə alınıb.
Qeyd edilir ki, gəlin S.Ö. davaya görə qohumlarını məhkəməyə verməyə hazırlaşır. /Report
