Türkiyədə zəlzələdən 128 saat sonra iki aylıq körpə dağıntılar altından xilas edilib.
KONKRET.az xəbər verir ki, möcüzəvi hadisə Hatayda baş verib. Xilasetmə işləri zamanı 6 gün ac-susuz, soyuqda qalan iki aylıq körpə xilas edilib.
İnternetdə dağıdıcı zəlzələdən 128 saat sonra sağ çıxan körpənin xilas edilməsinin görüntüləri yayılıb.
Bu görüntülərdə onun xərəkdə aparıldığı, həmçinin həkimin barmağını əmdiyi və gülümsədiyi görünür.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib.
Həmin gün 7,6 bal gücündə daha bir zəlzələ baş verib.
Son məlumatlara görə, qurbanların sayı təxminən 21 min nəfərə çatıb.
Xuraman Etibarlı,
KONKRET.az
