Türkiyədə zəncirvari yol qəzası  – Yaralananlar varbackend

Türkiyədə zəncirvari yol qəzası - Yaralananlar var

Türkiyədə Anadolu avtomobil yolunun İstanbul istiqamətindəki Bolu dağı tunelində zəncirvari yol qəzası olub.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib. Türkiyədə Anadolu avtomobil yolunun İstanbul istiqamətindəki Bolu dağı tunelində 18 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzası zamanı 3-ü ağır olmaqla 17 nəfər yaralanıb.

O, hadisə yerinə 10 təcili yardım maşını cəlb edildiyini, yaralıların xəstəxanaya yerləşdirildiklərini qeyd edib.

Bolu valisi Ahmet Ümüt isə son məlumata əsasən, qəza nəticəsində 30 nəfərin yaralandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*