Türkiyədən erməniləri təşvişə salan addım – Ərdoğan TƏLİMAT VERDİbackend

Türkiyədən erməniləri təşvişə salan addım - Ərdoğan TƏLİMAT VERDİ

Türkiyə qondarma erməni soyqırımı iddiaları ilə mübarizə üçün Cumhuriyyət tarixində bir ilk imza atır.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan əsassız erməni iddiaları ilə mübarizə üçün strategiya yaradılması barədə təlimat verib.

Bu qurum Türkiyənin 1915-ci il hadisələri ilə bağlı beynəlxalq arenada özünü daha yaxşı anlatmasına imkan yaradacaq.

Bununla bağlı açıqlama ötən gün keçirilən brifinqdə verilib. Brifinqdə qeyd edilib ki, Türkiyədə erməni iddiaları ilə birbaşa maraqlanan, bu məsələ ilə bağlı arqument və strategiya hazırlayan bir qurum yoxdur.

Yeni yaradılacaq qurum hökumətdən asılı olmayacaq, məsələyə ancaq siyasi müstəvidən deyil, eyni zamanda mədəni, tarixi, təbliğat, hüquq kimi bütün aspektlərdən yanaşacaq. İdarənin müstəqil ictimai bir cəmiyyət olması barədə qərar verilib.

  • Füzuli
    İyun 24, 2020 - 18:49

    Salam. Nədən Türkiyə hökuməti bu qənaətə illər öncə gəlmədi? Çox zaman itirmişik, ancaq ziyanın yarısından qayıtmaq da xeyirdir. Uğurlar olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*