Türkiyədən gətirilən bu maddələr rüsumdan AZAD EDİLİRbackend

Türkiyədən gətirilən bu maddələr rüsumdan AZAD EDİLİR

Xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə Azərbaycan və Türkiyədən idxal edilən təchizat və təminat maddələri qarşılıqlı olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edilir.

KONKRET.az xəbər verir ki, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsində əksini tapıb.

Sənəddə əsasən, ev sahibi ölkə (ESÖ) göndərən ölkənin (GÖ) heyətini ESÖ-nün ərazisinə giriş/ESÖ-nün ərazisindən çıxış zamanı GÖ-nün təlim məqsədilə ESÖ-nün ərazisinə müvəqqəti olaraq idxal edilən təchizat və təminat maddələrini ESÖ ilə bağlanılmış qüvvədə olan beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*