Türkiyədən Gürcüstan ordusuna hədiyyə…backend

Türkiyədən Gürcüstan ordusuna hədiyyə...

Türkiyə Gürcüstana 35 avtobus və 12 zirehli ekskavator-yükləyici hədiyyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstan MN-ə Hərbi Maliyyə Əməkdaşlıq sazişi çərçivəsində sözügedən yardım çatdırılıb.

Tiflisin yaxınlığında yerləşən Vaziani hərbi bazasında təşkil edilən mərasimdə Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan iştirak edib.

Türk səfir qeyd edib ki, Türkiyə Gürcüstanın müdafiəsinin gücləndirilməsi istiqamətində NATO inteqrasiyasına qəti dəstək verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*