Türkiyənin Antalya şəhərindən Sankt-Peterburqa uçan Rusiya aviaşirkətinə məxsus təyyarə mühərrikində nasazlıq yarandığı üçün uçuş hava limanına qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Aviatorschina” Telegram kanalı yazıb.
Mənbənin sözlərinə görə, 2,6 min metr hündürlükdə havaya qalxdıqdan dörd dəqiqə sonra sol mühərrikin sürəti aşağı düşüb. 15 saniyədən sonra mühərrik sönüb və pilotların ekranında müvafiq sinalları bildirən cihazlar işə düşüb.
Ekipaj vəziyyəti dispetçerlərə çatdırıb, təyyarə hava limanına qayıdıb və təhlükəsiz yerə enib. Təyyarədə olan 145 sərnişindən heç biri xəsarət almayıb.
Enişdən sonra mütəxəssislər təyyarəyə baxış keçirib. Təyyarə uçuşları dayandırıb və hazırda Türkiyədədir. Bütün səyahətçilər başqa reyslərlə Moskvaya, oradan isə Sankt-Peterburqa göndərilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az