Türkiyənin Bakı-Tbilisi-Qarsla bağlı növbəti planı…backend

Türkiyənin Bakı-Tbilisi-Qarsla bağlı növbəti planı...

Türkiyə Bakı-Tiflis-Qars dəmir yolunun genişləndirilməsi üçün yeni investisiyalar cəlb edəcək.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu bildirib.

O qeyd edib ki, Türkiyə dəmiryol infrastrukturuna investisiyaları hədəfləyir:

“Türkiyə hökumətinin gündəliyində yeni dəmir yollarının tikintisi, o cümlədən sənaye-istehsalat zonalarını bilavasitə ticarət limanları ilə əlaqələndirəcək xətlərin çəkilişi dayanır”.

Nazirin sözlərinə görə, dəmiryol şəbəkəsinin tikintisi və investisiyaların artırılması ölkəyə lider mövqelərdə dayanmağa imkan verəcək:

“Biz Bakı-Tiflis-Qars dəmir yolunun əsas hissələrindən biri olan Divriği-Qars dəmir yoluan investisiyaların cəlb olunması üzərində işləyirik. Biz xəttin buraxılış gücünün 5 milyon tondan 20 milyon tonadək çatdırılmasına çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*