Türkiyənin səs kimi sürətli pilotsuz döyüş təyyarəsi – FOTOLARbackend

Türkiyənin səs kimi sürətli pilotsuz döyüş təyyarəsi - FOTOLAR

“Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin aerokosmik sənaye qurumu olan “Baykar”ın rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.

Selçuk Bayraktar da istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.

O bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.

“Bundan sonrakı layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik” – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*