Türkiyənin tanınmış yazarları Gəncədə səfərdədirbackend

Türkiyənin tanınmış yazarları Gəncədə səfərdədir

Türkiyəli yazarlar Gəncə şəhərinə səfər ediblər.

KONKRET.az-ın məlumatına görə, tanınmış yazar Coşkun Karabulutun rəbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün “Könül yolçuluğu” platforması ilə Azərbaycana səfərə gəliblər.

Onlar Gəncə şəhərində dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan ərazilərə gedəcəklər. Qonaqları yerli rəsmilər müşayiət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*