Türkiyənin üç dövlət bankı “Mir” kartlarının qəbulunu DAYANDIRDIbackend

Türkiyənin üç dövlət bankı "Mir" kartlarının qəbulunu DAYANDIRDI

Türkiyənin üç dövlət bankı, “Ziraat Bankası”, “VakıfBank” və “Halkbank” Rusiyanın “Mir” ödəniş sisteminin kartlarını qəbul etməyi dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Agentlik bildirir ki, “Mir” sistemi ilə əməkdaşlığa xitam verilməsi barədə qərar çərşənbə axşamı verilib.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin iki bankı, “İsbank” və “DenizBank” ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin xəbərdarlığı ilə əlaqədar “Mir” kartlarının qəbulunu dayandırıb.

Belə ki, Türkiyədə “Mir” kartlarını qəbul edən banklar qalmayıb.

Türkiyə banklarından başqa Tacikistanın Düşənbə Şəhər Bankı və Vyetnamın “BIDV” bankı da “Mir” kartları ilə əməliyyatları dayandırıb.

Sentyabrın əvvəlinə olan məlumata görə, Mir kartları 11 ölkədə, Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanda qəbul edilib.

Qeyd edək ki, “Mir” ödəniş kart sistemini 2015-ci ildə Rusiya təsis edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*