Türkiyənin xaricdəki səfirləri Ankarada toplandıbackend

Türkiyənin xaricdəki səfirləri Ankarada toplandı

Türkiyənin xarici ölkələrdəki səfirləri və digər diplomatik nümayəndəliklərinin rəhbərləri paytaxt Ankarada toplanıb.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu və diplomatlar Anıtqəbirdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

Daha sonra şəhid diplomatların məzarı ziyarət olunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da ziyarətlərdə iştirak edib.

Qeyd edək ki, bu gün Türkiyədə səfirlərin 13-cü konfransı keçiriləcək. Azərbaycan XİN başçıcı Ceyhun Bayramov da iclasda iştirak edəcək.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*