Türkiyənin milli texnikası olan HİSAR-RF hava hücumundan müdafiə sistemi təlimlər zamanı hədəfləri tam dəqiqliklə vurub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir məlumat verib.
“Yeni HİSAR-RF 2022-ci ilə sürətli şəkildə başlayıb. Aparılan təlimlər zamanı adıçəkilən texnika hədəfləri tam dəqiqliklə vurmağı bacarıb”, – İ.Dəmir bildirib.
