Türkmənistan “birpalatalı parlament sistemi”nə KEÇİRbackend

Türkmənistan “birpalatalı parlament sistemi”nə KEÇİR

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov yenidən “birpalatalı parlament sistemi”nə keçməyi təklif edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Xalq Məsləhəti və Məclis üzvləri ilə görüşündə deyib.

İclasda ölkənin qanunvericilik işinin yenilənməsi ilə bağlı vəzifələr müzakirə olunub.

Bildirilib ki, növbəti iclas 10 gün sonra keçiriləcək.

Qeyd edək ki, Türkmənistan 2021-ci il yanvarın 1-dən “ikipalatalı parlament sistemi”nə keçib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*