
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistanda viza rejimini pozduğuna görə deportasiya olunan türkmən miqrantlar yerli cinayət istintaq idarələrinə “15 dəqiqəlik prosedur” keçmək üçün çağırılıblar.
Xatırladaq ki, “15 dəqiqəlik prosedur” polis məmuru ilə söhbət və anket doldurmaqdan ibarətdir. Yeri gəlmişkən təkcə Daşoğuzda son bir il ərzində qanun pozucularını telefon nömrələri və ünvanları qeyd olunmaqla siyahıya alırlar.
Deportasiya olunanlar barədə artıq Miqrasiya Xidmətində, Milli Təhlükəsizlik Nazirliyində sənədlər tərtib edilib. İndi belə insanların qovluqları da cinayət axtarışında olacaq.
