Türkmənistanda prezident seçkiləri üçün seçki kampaniyası başlayıb.
Bu barədə KONKRET.az Türkmənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkinin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, vətəndaş qruplarına məxsusdur. Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər.
Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya – Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası fəaliyyət göstərir.
