Türmələrdə koronavirus təhlükəsi varmı? – “Məhkumlar televiziyaya baxırlar…”backend

Türmələrdə koronavirus təhlükəsi varmı? - “Məhkumlar televiziyaya baxırlar...”

“Azərbaycanda cəzaçəkmə müəssisələrində koronavirusla bağlı lazımi tədbilər görülüb”.

KONKRET.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib.

Onun sözlərinə görə, məhkumlar virusla bağlı kifayət qədər məlumatlıdırlar:

“Cəmiyyət bu barədə necə informasiya əldə edirsə, məhkumlar da yerli və dünya mətbuatını izləyirlər. Televiziyaya baxırlar, radio dinləyirlər.

Bununla yanaşı, məhkumlara təkcə koronavirusla deyil, qrip və digər virus infeksiyaları ilə bağlı profilaktik bilgilər verilir.

Hava-damcı yolu ilə yoluxan infeksiayalardan qorunmaq üçün müvafiq olaraq maarifləndirmə aparılır, braşurlar, məlumat kitabçaları ilə təmin edilirlər”.

Tibb müəssisəsində olan vərəmli xəstələrə gəlincə, İ.Qurbanov onların yüksək səviyyədə müalicə olunduğunu açıqlayıb:

“Bizim vərəmli xəstələrlə bağlı ixtisaslaşmış müalicə müəssisəmiz var. Həmin xəstələrin aldığı müalicələrin keyfiyyəti beynəlxalq standartlara uyğundur.

Bizim apardığımız müalicələrin sağalma nəticələri Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu kvotadan da yuxarıdır. Pentensiar Xidmətin müalicə müəssiələrində vərəm sağalmaz, qorxulu xəstəlik kimi qiymətləndirilmir.

Pentensiar müəssiələr də cəmiyyətin bir hissəsidir. Burada da qrip tutan, bronxit olan, müalicə müəssiələrinə köçürülənlər olur və s.”.

Nazirlik rəsmisi qeyd edib ki, son vaxtlar tibb müəssisəsinə Çin vətəndaşı olan xəstə qəbul edilməyib.

Vərəmli xəstələrin sayına gəlincə, qurum rəsmisi bunu açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*