“Twitter” ödənişli ola bilərbackend

"Twitter" ödənişli ola bilər

“Twitter” sosial şəbəkəsi təşkilatlar və dövlət qurumları üçün pullu ola bilər. 

KONKRET.az TASS-a istinadla xəbər verir ki, bu barədə eyniadlı şirkəti satın alan amerikalı sahibkar İlon Mask bu barədə adı çəkilən sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Twitter ümumi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya və ya dövlət istifadəçiləri üçün kiçik bir ödəniş tələb edə bilər”, – yazıda deyilir.

Aprelin 25-də “Twitter” rəhbərliyi  amerikalı sahibkar İlon Maskın şirkəti 44 milyard dollara alacağını açıqlamışdı. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumatına görə, milyarder müqaviləni ləğv etmək qərarına gəlsə, “Twitter”ə 1 milyard dollar cərimə ödəməli olacaq. “Twitter” də geri çəkilsə, Musk təzminat alacaq. Sövdələşmənin yekun bağlanma tarixi 24 oktyabr 2022-ci il tarixinə təyin edilib.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*