Ucarda piyadanı maşın vurub.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ucar şəhərində, Heydər Əliyev prospektində baş verib.
Belə ki, avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü piyada İsmayılova Xatirə Abbasəli qızını maşın vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az
